Türkiyənin Antalya şəhərində keçirilən narkotiklərə qarşı əməliyyatda 17 nəfər şübhəli saxlanılıb.
Demokrat.az xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.
Bildirilib ki, jandarma Komandanlığı qrupları Kəmərin turizm bölgələrində narkotik istehsalı və ticarəti ilə məşğul olan şübhəlilərə qarşı əməliyyat keçirib.
Əməliyyatda 18 ədəd çətənə kökü, 15 ədəd sintetik həb, 20 qram metamfetamin, 10 qram kokain, 100 ədəd sintetik kannabinoid istifadəsi və 4 ədəd cib telefonu ələ keçirilib.
Nəzarətə alınan 17 şübhəli barəsində qanuni əməliyyat başlanılıb.
Aysu Demokrat.az


