Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynanın Londondakı səfiri Vadim Pristaykonu vəzifəsindən azad edib.
Demokrat.az xəbər verir ki, bu barədə "Euro News" məlumat yayıb.
Bildirilib ki, səfir işdən çıxarılmasından bir neçə gün əvvəl "Sky News"a verdiyi müsahibədə Zelenskini tənqid edib.
Zelenskinin imzaladığı Sərəncamda isə qərarın səbəbi göstərilməyib.
Diplomatik mənbələr Pristaykonun bu ictimai tənqidə görə işdən çıxarıldığını iddia edib.
Qeyd edək ki, diplomat üç il Ukraynanın Londondakı səfiri vəzifəsində çalışıb.
Aysu Demokrat.az


