Hadisə Özəl

Naxçıvanda kişi arvadını döydü — TƏFƏRRÜAT

Naxçıvanda kişi arvadını döydü — TƏFƏRRÜAT

Naxçıvan şəhərində 1979-cu il təvəllüdlü Kənan həyat yoldaşı Səmayəni döyüb, oğlu Vüsal və qızı Sevdaya (adlar şərti verilib – red.) şiddət göstərib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı zərərçəkmiş Səmayə Naxçıvan şəhər Polis İdarəsinə şikayət ərizəsi yazıb.

Şikayətdə göstərilib ki, iyunun 24-də, axşam saat 22.00-da Səmayə əri Kənan tərəfindən döyülüb.

Həmçinin Kənan Səmayəyə, oğlu Vüsala və qızı Sevdaya şiddət, təhqir, zor tətbiq edib. Onları şillə və təpik zərbələri ilə vurub. Hadisəni törədən Kənanın barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə inzibati qaydada iş qaldırılıb.

İş üzrə izahat verən Kənan bildirib ki, “Cahan” Ticarət Mərkəzində satıcı işləyib:

“Həyat yoldaşım Səmayə ilə 2009-cu ildə ailə həyatı qurmuşam. 23 iyun 2023-cü ildə əvvəllər həyat yoldaşıma bacısı ilə telefonda çox danışmasını irad bildirməyimə baxmayaraq, yenə də telefonda uzun-uzadı danışdığına görə aramızda mübahisə yarandı. Aramızda mübahisə yaransa da, onu vurmadım. Ondan evindən getməsini istədim. Lakin evdən getmək istəmədi”.

Kənan qeyd edib ki, həyat yoldaşı nikahlarının pozulması üçün məhkəməyə müraciət edib.

O bildirib ki, həyat yoldaşını vurmayıb. Barəsində qanuni qərar verilməsini xahiş edib.

Naxçıvan şəhər Məhkəməsinin qərarı ilə Faiq 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az