Yeni Zelandiyanın Oklend şəhərinin mərkəzində FİFA qadınlararası dünya çempionatının başlamasına saatlar qalmış atışma nəticəsində iki nəfər həlak olub.
Demokrat.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Bildirilib ki, şəhərin mərkəzindəki tikinti sahəsində baş verən insidentdə polis də daxil olmaqla 6 nəfər yaralanıb, silahlı şəxs isə öldürülüb.
Baş nazir Kris Hipkins hücumun terror hadisəsi kimi qiymətləndirilmədiyini bildirib.
Həmçinin, hücumun arxasında heç bir siyasi və ya ideoloji motivin müəyyən edilmədiyini qeyd edib.
Aysu Demokrat.az


