Xarici siyasət Özəl

Çinin baş diplomatı Türkiyəyə gedir

Çinin baş diplomatı Türkiyəyə gedir

Çinin baş diplomatı, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyası ofisinin direktoru Vanq Yi Türkiyəyə səfər edəcək.

Demokrat.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Çindəki ən yüksək səviyyəli diplomat Vanq Yi, iyulun 26-da Türkiyəyə bir günlük səfər edəcək.

Çin Kommunist Partiyası Mərkəzi Xarici Komissiyası Ofisinin direktoru olan Vanq Yi Çinin siyasi sistemində Çinin xarici işlər naziri Qin Qanqdan yuxarı vəzifədə hesab olunur.

Xatırladaq ki, o, 2021-ci ildə Türkiyəyə Çinin xarici işlər naziri kimi səfər etmişdi.

Aysu Demokrat.az

D
demokrat.az