Kəbənin örtüyü hər il olduğu kimi, hicri ilin birinci günü Məhərrəm ayının 1-də dəyişdirilib.
Demokrat.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Bildirilib ki, örtük Səudiyyə Ərəbistanının Hərəmeyn İşləri Baş İdarəsi tərəfindən dəyişdirilib.
Sözügüdən örtük Məkkədə Kral Əbdüləziz Kəbə-i Müşərrifə Örtük Kompleksində 200 mütəxəssis tərəfindən istehsal edilib.
Ümumilikdə 45 parçadan ibarət olan Kəbə örtüyündə 120 kiloqram qızıl və 100 kiloqram gümüşdən istifadə olunub.
Aysu Demokrat.az



