Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva Fatmayı bağları adlanan ərazidə, daha dəqiq desək, “Araz” marketin arxasında dəyəri 500 min manata olan villa alıb.

Bu barədə Konkret.az-a etibarlı mənbələrdən məlumat daxil olub. Məlumatda deyilir ki, Mehriban Vəliyevanın aldığı villa Bakı Dövlət Universitetinin mərhum professorlarından birinə məxsus olub. Alqı-satqı prosesi mərhum professorun ailə üzvləri ilə BŞTİ-nin müdiri arasında baş tutub.


P.S. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın məsələ ilə bağlı mövqeyini dərc etməyə hazırıq.


