Sosial

ATU tələbəsinin ölüm səbəbi açıqlandı

ATU tələbəsinin ölüm səbəbi açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycan Tibb Universitetinin tələbəsinin vəfat etməsi ilə bağlı açıqlama verib.

TƏBİB-dənOxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Gülçin Elşən qızı Rzayeva17.07.2023-cü il tarixində saat 11:15 radələrində Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım bölməsinə yerləşdirilib:

“Ona ilkin olaraq talasemiyyanın ağır gedişli forması və şəkərli diabet diaqnozu qoyulub. Pasiyent saat 13:30 radələrində tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilib və süni tənəffüs aparatına qoşulub. Aparılan kompleks tibbi müdaxilələrə baxmayaraq, pasiyentdə 17.07.2023-cü il tarixində saat 23:50 radələrində bioloji ölüm qeydə alınıb”.

NE
Nihadə Eyyubova