Şəkidə baş verən hadisə nəticəsində xəsarət alanlardan biri "Qəbələ" futbol klubunun əməkdaşı İlkin Məmmədovdur.
Demokrat.az"Qafqazinfo"ya istinadən xəbər verir ki, o, ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınıq diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) yerləşdirlməsi üçün Bakıya gətirilir.
Yaxınlarının verdiyi məlumata görə, İlkin Məmmədov hadisə yerində ailəlikcə olub. Ailənin digər üzvlərinin xəsarət almadığı bildirilir.


