Hadisə Özəl

Fabrikdə yanğın baş verdi

Fabrikdə yanğın baş verdi

Türkiyənin paytaxtı Ankarada yataq fabrikində yanğın baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.

Bildirilib ki, hadisə paytaxtın Yağpınar ərazisində baş verib.

Yanğınla əlaqədar hadisə yerinə dərhal yanğınsöndürmə və xilasetmə qrupları göndərilib.

Ərazidə xilasetmə tədbirləri davam etdirilir, buna baxmayaraq yanğın hələ də söndürülməyib.

Qeyd edək ki, yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova