Sosial Özəl

Bu yay bir başqa yaydır... — Dəyişkən havalar ölkə turizminə necə təsir edir?

Bu yay bir başqa yaydır... — Dəyişkən havalar ölkə turizminə necə təsir edir?

Ölkəyə yay fəsli daxil olandan qeyri-sabit hava hökm sürür. May ayından bəri bir-birini əvəz edən qızmar və sərin günlər yayın ikinci ayında da davam etməkdədir. Rayonlarda yağış, leysan yağır, bəzi dağlıq bölgələrdə hətta qar və sulu qara keçir, sel gəlir.

Bəs dəyişkən hava şəraiti turizmə necə təsir edir?

Turizm eksperti Əziz Şiriyevin sözlərinə görə, səhərlər yağan yağış turlarla bölgələrə qısamüddətli səfərlər edən bəzi insanlarda istər-istəməz tərəddüd yaradır.

O, Demokrat.az-a açıqlamasında bildirib ki, yağan yay yağışı bəzi saatlarda və yerlərdə güclənsə də, ümumilikdə turların proqramında ciddi bir dəyişikliyə səbəb olmur:

Bu yay bir başqa yaydır... — Dəyişkən havalar ölkə turizminə necə təsir edir?

“Regionlardakı otellər, iaşə obyektləri, restoranlarla əlaqə saxlasaq, demək olar ki, boş yer qalmadığını görərik. Mövsümlə əlaqədar olaraq və pandemiyadan sonra bu il insanlar istirahət etməyə kifayət qədər meyillidirlər. Xüsusən, cənub və şimal zonalarına tez-tez turlar olur. Yol infrastrukturu şimal - şərq istiqamətində gediş-gəlişə bir qədər təsir etdi. İsmayıllı – Qəbələ yolunda təmir-tikinti işləri getdiyinə görə nisbətən avtomobillərin, turist avtobuslarının hərəkətində narahatlıq yarandı”.

Ə.Şiriyev deyib ki, havalar hələki ölkədə turizm xidmətlərinin keyfiyyətinə və qiymətinə təsir edəcək dərəcədə dəyişməyib:

“Qeyri-sabit hava şəraiti müşahidə olunsa da, otellərin, restoranların qiymətində heç bir dəyişiklik qeydə alınmayıb”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az