Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinə (JAXA) məxsus Epsilon S tipli raket mühərriki sınaq zamanı partlayıb.
Demokrat.az xəbər verir ki, sınaq prosesi Şimali Akita əyalətindəki Noshiro Test Mərkəzində həyata keçirilib.
Sınağın ikinci mərhələsinə təxminən bir dəqiqə qalmış Epsilon S tipli raketin mühərriki partlayıb.
Ölkə rəsmiləri partlayış zamanı xəsarət alanların olmadığını açıqlayıb.
Rəsmi Kyodo agentliyi uğursuz sınaqdan sonra Epsilon S tipli raketin 2024-cü ildə buraxılacağını elan edib.
Aysu Demokrat.az


