Türkiyənin İstanbul şəhərində Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı keçirilən əməliyyat nəticəsində 4 nəfər saxlanılıb.
Demokrat.az xəbər verir ki, bu barədə İstanbul Polis İdarəsindən açıqlama verilib.
Açıqlamada, saxlanılan 4 nəfərin 1 ilə yaxındır birlikdə ev tutaraq gizləndiyi bildirilib.
Basqın edilən ünvanda aparılan axtarışlar zamanı çoxlu sayda rəqəmsal material, 14 min dollar və müxtəlif şəxslərə məxsus 2 pasport ələ keçirilib.
Qeyd edək ki, saxlanılanlar ifadəsi alınmaq üçün polis bölməsinə aparılıb.
Araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


