Hadisə

Kəlbəcərdə arıçılıq təsərrüfatı ilə məşğul olan şəxs minaya düşdü

Kəlbəcərdə arıçılıq təsərrüfatı ilə məşğul olan şəxs minaya düşdü

Kəlbəcərdə arıçılıq təsərrüfatı ilə məşğul olan şəxs minaya düşüb.

DİN-in mətbuat xidmətindən bildirilib ki, iyulun 13-də saat 20 radələrində Kəlbəcər rayonu Çopurlu kəndində arıçılıq təsərrüfatı ilə məşğul olan 1964-cü il təvəllüdlü Əliyev Sahib İsa oğlunun minaya düşməsi ilə polisə məlumat daxil olub.

Hadisə rayonun Seyidlər kəndi ərazisində baş verib. S.Əliyev xəsarət alıb. Araşdırma aparılır.

NE
Nihadə Eyyubova