Hadisə Özəl

Şəmkirdə avtomobildə qumbara partladan şəxsdən XƏBƏR VAR

Şəmkirdə avtomobildə qumbara partladan şəxsdən XƏBƏR VAR

Şəmkir rayonunda həmyerlisini öldürməyə cəhd etməkdə ittiham olunan 1972-ci il təvəllüdlü Nəsib Heydərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az-ın xəbərinə görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Dadaş İmanovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu ilin yanvarın 5-də, saat 17 radələrində Şəmkir şəhəri ərazisində baş verib. VAZ 2107 markalı avtomobildə qumbara partlaması nəticəsində avtomobildə olan 1972-ci il təvəllüdlü Nəsib Heydərov və 1990-cı il təvəllüdlü Binnət Qarayev ağır dərəcəli bədən xəsarətləri alıblar.

İstintaq araşdırması zamanı baş verən hadisəni təfərrüatı məlum olub.

Məlum olub ki, Nəsib Heydərovla 1 Binnət Qarayev arasında əvvəlcədən pul üstündə mübahisələri olub.

Hadisə baş verən günü Binnət Qarayev Nəsib Heydərova məxsus "VAZ 2107" markalı avtomaşınına əyləşərək yenidən pul üstündə mübahisə etməyə başlayıb.

Mübahisənin sonunda hadisə baş verib.

Nəsib Heydərovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az