Dünya

Meksikada bombalı hücumda 6 nəfər ölüb

Meksikada bombalı hücumda 6 nəfər ölüb

Meksikanın Xalisko ştatında bombalı hücum nəticəsində 6 nəfər ölüb, 12 nəfər yaralanıb.

APA “France-Presse”ə istinadla xəbər verir ki, hadisəni törədənlər polis və prokurorluq əməkdaşlarını hədəfə alıblar.

Terror aktı prokurorluğun həyətində qəbul keçirilərkən baş verib.

Hücumda 7 partlayıcı qurğudan istifadə edilib.

D
demokrat.az