Hindistanlı baş direktor rəhbərlik etdiyi şirkətin işçilərinin 90 faizini işdən çıxarıb, onları süni intellektlə işləyən chatbotlarla əvəzlədiyini bəyan edib. Baş direktor bu addımına görə, tənqidlərə məruz qalıb.
Demokrat.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
"Dukaan"ın baş direktoru Suumit Şah “Twitter” hesabında verdiyi açıqlamada işçilərin 90 faizini süni intellektlə əvəzləyəcəyini açıqlayıb.
Direktorun açıqlaması süni intellektin insanların, iş yerlərini əlindən alması ilə bağlı müzakirələrin artdığı bir vaxta təsadüf edib.
Bu səbəbdən onun paylaşımı sosial mediada böyük əks-səda doğurub.
Bir çox istifadəçi onun tvitini tənqid edərək, baş direktoru “ürəksiz” qərar vermək və işçilərinin həyatını çətinləşdirməkdə günahlandırıb.
Aysu Demokrat.az


