ABŞ Dövlət Departamenti F-16-nın Türkiyəyə satışını açıq şəkildə dəstəkləyib.
Demokrat.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat konfransında danışıb.
O bildirib ki, İsveçin NATO üzvlüyü və Türkiyəyə F-16-ların satışı iki ayrı məsələdir:
"Bir müddətdir F-16 satışında Türkiyəni dəstəklədiyimizi açıq şəkildə göstərmişik. Ancaq biz bunu indi açıqlayırıq. Bu satışa dəstək olmağımızın İsveçin NATO üzvlüyünə aidiyyəti yoxdur.
Bu iki məsələ tamamilə ayrı ayrı-ayrı proseslərdir. Hətta bir qrup Konqres üzvü var ki, onlarda bunun NATO üzvlüyü ilə əlaqəli olduğuna inanırlar".
Aysu Demokrat.az


