Hadisə

İsmayıllıda ağır QƏZA: 1 ölü, 2 yaralı

İsmayıllıda ağır QƏZA: 1 ölü, 2 yaralı

İsmayıllıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA -nın Şirvan bürosu xəbər verir ki, hadisə gecə saatlarında qeydə alınıb. İlkin məlumata əsasən avtomobil idarəetməni itirib və dərəyə aşıb. Hadisə nəticəsində 1987-ci il təvəllüdlü Kürdmaşı kənd sakini Babayev Samir Yusif oğlu dünyasını dəyişib, Göyçay sakini 1987-ci il təvəllüdlü Həsənov Tərlan İmran oğlu və 1982-ci il təvəllüdlü Ağayev Variz Zahid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırıblar. Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az