Siyasət

Xankəndiyə Azərbaycan hərbçiləri daxil olacaq — Hovannisyandan sensasiya

Xankəndiyə Azərbaycan hərbçiləri daxil olacaq — Hovannisyandan sensasiya

Erməni siyasi müşahidəçi Samvel Hovannisyan sensasion açıqlamaları ilə diqqət çəkib.

Ölkə.az xəbər verir ki, onun sözlərinə görə, Rusiya güclülərin tərəfini tutur. Ardınca isə o bildirib ki, hazırda güclü olan Ermənistan deyil, Azərbaycan. “Yaxın gələcəkdə "Artsax Müdafiə Ordusu" (əslində Azərbaycan ərazisində qanunsuz silahlı birləşmələr - KB) ləğv olunacaq. Azərbaycan Silahlı Qüvvələri Artsax ərazisinə daxil olacaq və burada öz qaydalarını quracaq. Qarabağın erməni əhalisinin inteqrasiyası prosesi başlayacaq”, - Hovannisyan deyib.

O ehtimal edir ki, birgə patrul (Rusiya sülhməramlıları və Azərbaycan təhlükəsizlik qüvvələri) ilə bağlı razılıq əldə oluna bilər: “Amma bizim üçün bu, çox zəif “anesteziya” olacaq”.

D
demokrat.az