Xarici siyasət

Ərdoğanla Baydenin görüşünün vaxtı və gündəliyi AÇIQLANDI

Ərdoğanla Baydenin görüşünün vaxtı və gündəliyi AÇIQLANDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət başçısı Cozef Baydenin görüşünün vaxtı açıqlanıb.

Demokrat.az “CNN Türk”ə istinadən xəbər verir ki, iki ölkə liderləri iyulun 11-də yerli vaxtla saat 18:00-da bir araya gələcəklər.

R.T.Ərdoğan və C.Baydenin görüşü NATO-nun Vilnüsdə keçiriləcək sammiti çərçivəsində baş tutacaq.

Liderlərin qarşılıqlı maraq doğuran məsələləri, o cümlədən NATO-nun genişlənməsi və Ukraynadakı müharibəni müzakirə edəcəkləri gözlənilir.

D
demokrat.az