Hadisə

Bakıda restoranda kütləvi DAVA: Bıçaqlananlar var

Bakıda restoranda kütləvi DAVA: Bıçaqlananlar var

Bakının Binəqədi rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.

Demokrat.az xəbər verir ki, hadisə 7-ci mikrorayonda qeydə alınıb.

Belə ki, iaşə obyektində müştərilər arasında dava düşüb.

Dava zamanı 1987-ci il təvəllüdlü Rəfiyev Samir Xıdır oğlu və 1986-ci il təvəllüdlü Cəfərov Müşfiq Kamran oğlu bədənin müxtəlif nahiyələrindən bıçaqlanıb.

Yaralılar ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır. (apa)

D
demokrat.az