İdman Özəl

"Real Madrid"in yeni türk ulduzu: "Komandanın əfsanəsi olmaq istəyirəm"

Real Madridin yeni türk ulduzu: Komandanın əfsanəsi olmaq istəyirəm

Futbol dünyasının yeni ulduzlarından olan türkiyəli Arda Gülər ​​"Real Madrid"lə rəsmi olaraq 6 illik müqavilə imzalayıb.

Demokrat.az xəbər verir ki, bu gün 18 yaşlı futbolçunun Madriddə tanışlıq mərasimi keçirilib.

Futbolçu ilk dəfə bu barədə danışıb: "Bu gün həyatımın ən özəl günüdür. "Real Madrid"in əfsanəsi olmaq istəyirəm. Burada olmaq böyük şərəfdir" deyə bildirib.

"Real Madrid" klubunun prezidenti Florentino Perez isə çıxışında gənc futbolçuya təşəkkür edib:

"Arda, bu klubu və bu formanı seçdiyinə görə təşəkkür edirəm. Həyatında bu günü heç vaxt unutmayacaqsan. Bu komandanın üzvləri dünya futbolunun ən perspektivli futbolçularıdır. Artıq sən də onlardan birisən”.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova