Bakının Səbail rayonunda 1978-ci il təvəllüdlü Emin “Veysəloğlu” MMC-nin tərkibində olan “Spar market” mağazalar şəbəkəsinin filialında iş yoldaşı Altaya xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 8-də baş verib.
Emin özünün fəhlə işlədiyi “Spar market” marketin qarşısına qoyulmuş taranı görüb.
O, əsəbləşərək həmin taranı həmin yerə qoymuş şəxsi müəyyən etmək üçün nalayiq ifadə işlədin.
Həmin mağazada satıcı işləyən və taranı həmin yerə qoyan Altay irad bildirməsi səbəbindən aralarında sözlə mübahisə yaranıb.
Mübahisə ilə əlaqədar mağazanın anbar hissəsində Altayın sifət nahiyəsinə kəllə zərbəsi ilə vuraraq, ona xəsarətlər yetirib.
Hadisəni törədən Emininbarəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Bu cinayət işinə Səbail rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Eminin barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


