Siyasət Özəl

Ərdoğan Yaponiyanın baş naziri ilə DANIŞDI

Ərdoğan Yaponiyanın baş naziri ilə DANIŞDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiyanın Baş naziri Fumio Kişida ilə telefon danışığı aparıb.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında telefon görüşməsi baş tutub.

Görüş zamanı Yaponiyanın Baş naziri Fumio Kişida yenidən Prezident seçilməsi münasibətilə Ərdoğanı təbrik edib.

Öz növbəsində Rəcəb Tayyib Ərdoğan da Yaponiyanın Baş nazirinə təşəkkürünü çatdırıb.

Türkiyə-Yaponiya strateji tərəfdaşlığının bu il onuncu ildönümünün, gələn il isə diplomatik əlaqələrin qurulmasının 100-cü ildönümünün qeyd ediləcəyini xatırladan Prezident Ərdoğan ikitərəfli əməkdaşlığı geniş sahələrdə inkişaf etdirmək istədiyini bildirib.

Görüşdə həmçinin iqtisadiyyat, enerji, kənd təsərrüfatı, təhsil, müdafiə, fəlakətlərin idarə edilməsi, elm və texnologiya kimi məsələlər müzakirə olunub.

Aysu Demokrat.az

D
demokrat.az