Sabiq deputat Nazim Bəydəmirlinin barəsində həbs qətimkan tədbirini seçilməsi barədə istintaq orqanını təqdimatına baxılıb.
Demokrat.az xəbər verir ki, Nərmanov rayon Məhkəməsinin qərarı ilə istintaq orqanını təqdimatı təmin olunub.
Nazim Bəydəmirlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib.
Vətəndaş polisə müraciət edərək Nazim Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib.
O, cari il iyunun 24-də Nazim Bəydəmirliyə 10 min manat versə də, o, qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.
Fariz Məlikli Demokrat.az


