Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qorudu.
Demokrat.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda Nazirlər görüşündə söyləyib.
Üzv ölkələrin yekdil qərarı ilə Azərbaycanın 2019-2022-ci illər üçün sədrliyi öz üzərinə götürdüyünü xatırladan dövlətimizin başçısı deyib ki, beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, bu çağırışla mübarizədə qlobal səyləri birləşdirən məhz Qoşulmama Hərəkatı olub.
***
10:06
İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü keçirilir.
Demokrat.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə çıxış edir.
***
Bakıda Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun nazirlər toplantısı keçirilir.
Demokrat.az xəbər verir ki, Prezident İlham Əliyev toplantıya qatılıb.
Qeyd edək ki, ümumilikdə iclasda Qoşulmama Hərəkatına üzv olan 120 ölkənin xarici işlər nazirləri və nazir müavinləri iştirak edir.
*** 09:10
Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Nazirlər İclasında çıxış edəcək.
Oxu.az-ın məlumatına görə, iclasda Qoşulmama Hərəkatına üzv olan 120 ölkədən xarici işlər nazirləri, nazir müavinləri iştirak edirlər.
İclas iyulun 6-da yekunlaşacaq.


