Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Şırnakın Bestler-Dərələr bölgəsində 2 terrorçunun zərərsizləşdirildiyini bildirib.
Demokrat.az xəbər verir ki, nazir bu barədə öz "Twitter" hesabında paylaşım edib.
Paylaşımda bildirilib ki, jandarma qrupları tərəfindən qeyd olunan ərazidə əməliyyat keçirilib:
"Əməliyyatda daha 2 terrorçu zərərsizləşdirilib. Əməliyyatı həyata keçirən qəhrəman jandarmamızı təbrik edirəm. Bu müqəddəs xalq sizinlə fəxr edir. Terror bitənə qədər mübarizəmiz davam edəcək”.
Qeyd edək ki, nazir iyun ayı ərzində 65 terrorçunun zərərsizləşdirildiyini bildirib.
Aysu Demokrat.az


