Hadisə Özəl

Həmkəndlisinin evinə girib, onları bıçaqladı — Qızılları apardı

Həmkəndlisinin evinə girib, onları bıçaqladı — Qızılları apardı

Astara rayonunda həmkəndlisini öldürməyə cəhd etməkdə ittiham olunan Şamxal Şahverdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az-ın xəbərinə görə, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Neymət Məmmədovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

Qeyd edək ki, bu ilin martın 19-da Astara rayonu Artupa kənd sakini 1993-cü il təvəllüdlü Alqış Quliyevin müxtəlif xəsarətlərlə xəstəxanaya daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1986-cı il təvəllüdlü Şamxal Şahverdiyevin həmkəndlisi Alqış Quliyevin yaşadığı evə daxil olub kəsici-deşici alətlə xəsarətlər yetirərək onu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlum olub ki, Alqış Quliyevin həmkəndlisi 37 yaşlı Şamxal Şahverdiyev qarət məqsədilə onların yaşadığı evə daxil olub. Şamxal Şahverdiyev Alqış Quliyevə kəsici-deşici alətlə xəsarətlər yetirərək onu öldürməyə cəhd edib.

O cümlədən qarətçi əlində olan bıçaqla evin xanımı – Ramiləyədə yüngül xəsarət yetirib, boynundakı boyunbağını qıraraq hadisə yerindən uzaqlaşıb. Alqış Quliyevin vəziyyəti ağır olduğundan o, Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Yaralı tibbi yardım göstərilib.

Şamxal Şahverdiyevin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürməyə cəhd etmə) 177-ci (oğurluq) və 181-ci (quldurluq) maddələri ilə ittiham elan edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az