Çin 1961-ci ildən bəri ən isti günlərini yaşayır.
Demokrat.az xəbər verir ki, bu barədə Milli İqlim Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, son 6 ayda ölkədə rekord dərəcədə yüksək temperatur qeydə alınıb.
Bu il ölkədə əvvəlki illərlə müqayisədə dörd dəfə daha təsirli isti hava dalğası olub.
Orta hesabla 35 dərəcə isti hava müşahidə olunub və 1961-ci ildən bəri ilk dəfə bu qədər isti olduğu bildirilib.
Qeyd edək ki, ölkənin şimalında 200 milyondan çox insan bəzi günlərdə 40 dərəcəni keçən hava temperaturundan əziyyət çəkir.
Aysu Demokrat.az


