Hadisə

İsmayıllıda güclü sel: Lahıc yolu bağlandı — VİDEO

İsmayıllıda güclü sel: Lahıc yolu bağlandı — VİDEO

İsmayıllıda bu gün yağan güclü yağış sel gətirib.

Demokrat.az xəbər verir ki, sel rayonun bir neçə kəndində və Lahıc qəsəbəsində fəsadlara səbəb olub.

Hadisə nəticəsində təsərrüfatlar dağılıb, o cümlədən bir neçə iri və xırdabuynuzlu heyvanlar tələf olub.

Bundan başqa İsmayıllı-Lahıc yolu bağlanıb.

Hazırda yolda hərəkətin bərpası istiqamətində işlər aparılır.//Qafqazinfo

D
demokrat.az