İdman

"Neftçi" Azərbaycan millisinin futbolçusunu transfer edib

Neftçi Azərbaycan millisinin futbolçusunu transfer edib

"Neftçi" Azərbaycan millisinin futbolçusu Filip Ozobiçi transfer edib.

Klubdan verilən məlumata görə, ötən mövsümün sonunda "Qarabağ"dan ayrılan xorvatiyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

32 yaşlı oyunçu paytaxt təmsilçisində 10 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Filip Ozobiç "Neftçi"nın mövsümlər arası fasilədə heyətinə qatdığı 2-ci futbolçudur. "Ağ-qaralar" daha əvvəl "Səbail"dən Emil Balayevlə müqavilə bağlayıb.

D
demokrat.az