Mövsümlərarası transfer çalışmalarını davam etdirən "Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Demokrat.az xəbər verir ki, klub mərakeşli müdafiəçi Sofian Çaklanı heyətinə qatıb. Klubdanverilən rəsmi açıqlamada 29 yaşlı futbolçu ilə ikiillik müqavilə bağlandığı bildirilib.
Çakla karyerası ərzində İspaniyada "Malaqa B” (2012-2014), "Betis B” (2014), "La Roda” (2015-16), "El Ejido” (2016-2017), "Almeria B” (2017-2018), "Melilya” (2018-2019), "Vilyarreal B” (2019-2020), "Vilyarreal” (2020-2021), "Xetafe” (2021), "Ponferradina” (2023), Macarıstanda "Videoton” (2014-2015) və Belçikada "Leuven”in (2021-2022) formasını geyinib. O, Mərakeş millisində 4 oyun keçirib.
Sofian "Sabah”da 44 nömrəli formada çıxış edəcək. Çakla klubun mövsümlərarası ilk transferi olub.//Qaynarinfo


