Hadisə

Buzovnada 46 yaşlı kişini avtomobil vurdu

Buzovnada 46 yaşlı kişini avtomobil vurdu

Bakının Xəzər rayonunda yol qəzası zamanı piyada ağır xəsarət alıb.

Demokrat.az xəbər verir ki, avtomobil yolu keçən 1977-ci il təvəllüdlü İsrafilov İlqar Vuqar oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.//Report

D
demokrat.az