Azərbaycanın qadın qılıncoynadanı Valeriya Bolşakova Polşada keçirilən III Avropa Oyunlarında növbəti görüşünə çıxıb.
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, o, 1/32 final mərhələsində Almaniya təmsilçisi Julika Funke ilə üz-üzə gəlib.
Rəqibini məğlub edən Bolşakova 1/16 finala yüksəlib.


