Əməkdar artist Mətanət İsgəndərli dünya malında gözü olmadığını deyib. Müğənni bu barədə iyunun 27-də ATV-nin səhər proqramında danışıb.
Demokrat.azxəbər verir ki, aparıcı Nanə Ağamalıyevanın qonağı olan Mətanət İsgəndərli insandan bu dünyada ancaq yaxşı əməlin və təmiz adın qalacağını bildirib:
"Gözəl bəstəkarımız Xanım İsmayılqızı həmişə deyir ki, mənim bu dünya ilə işim yoxdur, mənimki o biri dünyadır. İndi mən də bu vəziyyətdəyəm. Bu dünya fanidir, o biri dünya ilə əlləşirəm". /yenisabah/


