Hadisə

Şəkidə mikroavtobus aşdı - xəsarət alanlar var (FOTO)

Şəkidə mikroavtobus aşdı - xəsarət alanlar var (FOTO)

Şəki rayonunda yol qəzası baş verib.

Demokrat.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şəki-Bakı xətti üzrə hərəkət edən mikroavtobus yoldan çıxaraq aşıb. Xəsarət alanların olduğu bildirilir. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az