Sosial Özəl

30 hektar taxıl sahəsi yanaraq külə döndü

30 hektar taxıl sahəsi yanaraq külə döndü

Türkiyənin Ədirnə vilayətində buğda əkilmiş sahədə baş verən yanğında təxminən 30 hektar ərazi zərər görüb.

Demokrat.az xəbər verir ki, bu barədə "DHA" məlumat yayıb.

Bildirilib ki, sözügedən ərazidə səhər saatlarında naməlum səbəbdən yanğın baş verib.

Küləyin təsiri ilə alov qısa müddətdə böyüyüb.

Əraziyə dərhal yanğın söndürmə və xilasetmə qrupları gəlib. İki saatlıq iş nəticəsində yanğın söndürülüb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova