Region

Rusiyada "Vaqner"ə işləyən eks-deputat SAXLANILDI

Rusiyada Vaqnerə işləyən eks-deputat SAXLANILDI

Rusiyanın Volqoqrad vilayətində politoloq, Traktorozavodski rayonunun administrasiyasının eks-rəhbəri və Volqoqrad Şəhər Dumasının deputatı olmuş Mixail Serenko saxlanılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Bildirilir ki, ötən gecə altı silahlı şəxs və bir müstəntiq Serenkonun həyat yoldaşı və qızı ilə yaşadığı mənzilə soxulublar. Serenko nəzarətə götürülüb.

Məlumata görə, eks-deputat "Vaqner" PMC ilə əməkdaşlıqda şübhəli bilinərək saxlanılıb.//Unikal.az

D
demokrat.az