Hacıqabul rayonunda ər arvadına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Kolanı kəndində baş verib.
Kənd sakini, 1982-ci il təvəllüdlü İmran ailə münaqişəsi zəminində həyat yoldaşı Günayı döyərək ona xəsarətlər yetirib.
İmranın barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) və 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən İmran ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, son zamanlar əsəblərini sakitləşdirmək üçün içki aludəçisi olaraq spirtli içki qəbul edir:
“Hər dəfə də buna görə həyat yoldaşım ilə aralarında münaqişəm yaranır. Hadisə günü evə içkili gəldiyimdən həyat yoldaşım mənə “alkaşsan” dediyinə görə, mübahisə etdik. Aramızda yaranmış münaqişə zamanı Günayın alnından yumruqla vurdum”.
İmran qeyd edib ki, bundan başqa həmin gün yaşadıqları Hacıqabul rayonu Kolanı kəndində yerləşən evlərinin qarşısında sərxoş vəziyyətdə ucadan ünvansız söyüşlər söyüb.
O, törətdiyi əməllərə görə çox peşman oduğunu deyib.
Hacıqabul rayon Məhkəməsinin qərarı ilə İmran 20 gün müddətinə inzibati qaydada həbs edilib.
Fariz Məlikli Demokrat.az


