Rusiyanın Voronej şəhərində yerləşən "Qazprom"un neft anbarı rus ordusuna məxsus hərbi helikopterlərdən açılan atəş nəticəsində bombalanıb.
Demokrat.az xəbər verir ki, bununla bağlı Rusiya "Telegram" kanalları məlumat yayıb.
Rusiya ordusunun "Vaqner"çilərə atəş açmaq istəyərkən, səhvən neft bazasını vurdğu deyilir.
Hadisə şahidləri Voronejdə neft anbarının partlamasını əks etdirən görüntüləri mobil telefonla lentə alıblar.
Kadrlardan da görünür ki, neft anbarının partlaması zamanı yaxınlıqda yerləşən yaşayış binasının arxasında nəhəng yanğın və alov baş verib.
Qeyd edək ki, Voronej bölgəsi hazırda "Vaqner" birləşmələrinin yerləşdiyi Rostov vilayəti ilə həmsərhəddir.
İyunun 23-də "Vaqner" hərbi şirkətin sahibi Yevgeni Priqojinə qarşı Rusiya baş prokurorluğu tərəfindən ölkədə silahlı üsyan təşkil etmə ittihamı ilə cinayət işi açılıb.
İyunun 24-də isə Rusiya prezidenti Vladimir Putin xalqa müraciət edib.
O, silahlı qiyamın təşkilatçılarını "satqın" adlandırıb və onlara ən ağır cəza veriləcəyini vəd edib.
Elmar Heydərli Demokrat.az


