Sosial

Ölkədaxili bu sərnişin qatarı ləğv olunur

Ölkədaxili bu sərnişin qatarı ləğv olunur

"Azərbaycan Dəmir Yolları" QSC iyulun 15-dən Bakı-Ağstafa-Qazax sərnişin qatarını ləğv edəcək.

Demokrat.az yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə QSC-dən bildirilib.

Məlumata əsasən, sərnişinlər bu istiqamət üzrə Bakı-Böyük Kəsik qatarından istifadə edə biləcəklər.

"İyulun 15-dən Bakı-Ağstafa-Qazax qatarı ləğv olunacaq və bu istiqamətdə yalnız bir qatar - Bakı-Böyük Kəsik hərəkət edəcək", - QSC-dən bildirilib.

"Azərbaycan Dəmir Yolları"dan, həmçinin qeyd ediblər ki, bu qərar qatarların hərəkətinin optimallaşdırılması məqsədi ilə verilib.

D
demokrat.az