Maraqlı Özəl

Otelə bir gecənin pulunu ödədi, amma 2 il qaldı

Otelə bir gecənin pulunu ödədi, amma 2 il qaldı

Hindistanda bir nəfər kişi paytaxt Dehlidə beşulduzlu oteldə bir gecəlik qalmaq üçün pul ödəyib və iki ilə yaxın qalmağı bacarıb.

Demokrat.az xəbər verir ki, bu barədə "Indian Express" məlumat yayıb.

Məlumata görə, adı açıqlanmayan şəxs 30 may 2019-cu ildə bir gecəlik otaq sifariş etdikdən sonra otelə daxil olub və 22 yanvar 2022-ci ilə qədər orada qalıb.

İstintaq hesabatına görə, əməkdaşlardan biri ödəniş etməməsinə baxmayaraq qalma müddətini uzatmağa davam edib.

İddiaya görə, adamın otelə 5 milyon rupidən çox borcu var.

Məsələ ilə bağlı araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

D
demokrat.az