Gündəm Özəl

Siyasi şərhçi: “Sülh müqaviləsinin bəzi istiqamətləri üzrə irəliləyişlər əldə olunub”

Siyasi şərhçi: “Sülh müqaviləsinin bəzi istiqamətləri üzrə irəliləyişlər əldə olunub”

ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel bildirib ki, ABŞ tezliklə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yeni mərhələsinə ev sahibliyi edəcək.

Məsələ ilə bağlı siyasi şərhçi Elçin Mirzəbəyli Demokrat.az-a açıqlamasında bildirib ki, Vaşinqtonda ABŞ-ın dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında keçirilən son görüşdən sonra, sülh müqaviləsinin bəzi istiqamətləri üzrə irəliləyişlər əldə olunub.

Elçin Mirzəbəyli deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıması və Qarabağı Azərbaycan ərazisi hesab etməsi ilə bağlı bəyanatı, Brüssel, Kişinyov və Moskvada aparılan müzakirələr zamanı bir sıra istiqamətlər üzrə irəliləyişlərin olduğu barədə verilən açıqlamalardan sonra, normallaşma prosesində müəyyən bir mərhələnin adladıldığından xəbər verir:

“ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patelin açıqlaması bu məqamlardan qaynaqlana bilər. Vetant Patent öz açıqlamasında “yeni mərhələ” deyil, “növbəti mərhələ” ifadəsini işlədib və bildirib ki, “tezliklə növbəti danışıqlara ev sahibliyi etməyi səbirsizliklə gözləyirik”. Bu baxımdan, ABŞ Dövlət Departamentinin təmsiçisinin açıqlamasının xüsusi bir məna yükü daşıdığını düşünmürəm”.

Şəhanə Demokrat.az

D
demokrat.az