Sosial Özəl

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyənin Adıyaman vilayətində 4,1 bal gücündə zəlzələ baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə "AFAD" məlumat yayıb.

Məlumata görə, yerli vaxtla saat 09:21-də Adıyamanın Çelikhan rayonunda 4,1 bal gücündə zəlzələ baş verib.

Eyni zamanda zəlzələnin 7,01 kilometr dərinlikdə baş verdiyi bildirilib.

Zəlzələ ətraf vilayətlərdə, xüsusilə Şanlıurfada hiss olunub.

Dağıntı və ya insan itkisi qeydə alınmayıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova