Gündəm Özəl

Politoloq: “Ermənistana ciddi şəkildə zərbələr vurulacaq”

Politoloq: “Ermənistana ciddi şəkildə zərbələr vurulacaq”

“Ermənistanın hərbi təxribatları artmaqdadır. Biz bunu Naxçıvan istiqamətində, Azərbaycanla Ermənistan şərti sərhəddində, Kəlbəcər və Laçın istiqamətində müşahidə edirik. Əsas məqsəd ondan ibarətdir ki, sülh prosesi pozulsun”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq bildirib ki, burada Rusiyanın Ermənistan ordusundakı şəbəkəsinin də rolu yüksək səviyyədədir:

“Düşünürəm ki, Ermənistan ordusuna sərhədboyu ərazilərdə “bir nömrəli hazırlıq vəziyyəti”nə gətirilməsi ilə bağlı tapşırıq verməklə hərbi eskalasiyaya hazırlaşır. Təbii ki, Ermənistan bu addımı atarsa, Azərbaycan da adekvat addımlar atacaq və Ermənistana ciddi şəkildə zərbələr vurulacaq”.

Politoloq qeyd edib ki, Ermənistan növbəti danışıqlarda müəyyən irəliləyişlər əldə etməyə çalışır:

“Avropa müşahidəçilərinin də sərhəddən çıxarılmasından artıq görünür ki, Ermənistan bu təxribatda maraqlıdır, Azərbaycanı da bu təxribatda ittiham etməyə çalışır.

Ümumiyyətlə, hərbi eskalasiyanın olmasını istisna etmirəm. Çünki burada Ermənistan tərəfinin də marağı var. Ermənistan çalışır ki, Azərbaycanı strateji yüksəkliklərdən geri atsın və danışıqlarda müəyyən irəliləyiş əldə etsin”.

Şəhanə Demokrat.az

D
demokrat.az