Dünya Özəl

Hakan Fidan və Blinken Londonda görüşdülər

Hakan Fidan və Blinken Londonda görüşdülər

Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ-ın dövlət katibi Entoni Blinken Londonda bir araya gəliblər.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Londonda təşkil olunan Ukraynanın bərpasına həsr olunan beynəlxalq konfrans çərçivəsində xarici işlər naziri Hakan Fidan ABŞ-ın dövlət katibi Blinkenlə görüşüb.

Nazirin konfrans çərçivəsində Danimarka xarici işlər naziri Lars Lokke Rasmussen, İtaliya xarici işlər naziri Antonio Tajani, Almaniya xarici işlər naziri Annalena Barbuk ilə də danışıqlar apardığı bildirilib.

Aysu Demokrat.az

D
demokrat.az