Dünya Özəl

Qurban bayramı münasibətilə 988 məhbus əfv edildi

Qurban bayramı münasibətilə 988 məhbus əfv edildi

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan Qurban bayramı münasibətilə 988 məhkuma amnistiya elan edib.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin rəsmi agentliyi "WAM" məlumat yayıb.

Məlumata görə, Prezident həbsxanada olan 988 nəfər məhbusun azadlığa buraxılması ilə bağlı əmr verib.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Ramazan ayı ərzində 1025 nəfərə amnistiya elan edib.

Aysu Demokrat.az

D
demokrat.az