Hadisə

Çayxanada kütləvi dava: Bıçaqlananlar var

Çayxanada kütləvi dava: Bıçaqlananlar var

Bakının Nəsimi rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, hadisə metronun “Memar Əcəmi” stansiyası yaxınlığında baş verib.

Belə ki, çayxanada müştərilər arasında dava düşüb.

Hadisə zamanı 1993-cü il təvəllüdlü Quliyev Cavid Vahid oğlu və 1991-ci il təvəllüdlü Ağayev Kamil İsmayıl oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

D
demokrat.az