Hadisə

55 yaşlı qadını ildırım vurdu

55 yaşlı qadını ildırım vurdu

Daşkəsən rayonunda yaylaq ərazisinə ildırım düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, Daşkəsən rayon Qaraqullar kənd sakini, 1968-ci il təvəllüdlü A.Qəmbərova ildırım düşən əraziyə yaxın olduğu üçün xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Qeyd edək ki, Qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunur

NE
Nihadə Eyyubova